ABŞ -dan vətəndaşlarına XƏBƏRDARLIQ

ABŞ -dan vətəndaşlarına XƏBƏRDARLIQ

ABŞ-ın Xarici İşlər Nazirliyi, hazırda Yəməndə olan məmurlarının evakuasiya edilməsi təlimatını verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onlar həmçinin vətəndaşlarından da ölkəni dərhal tərk etmələrini istəyib. Sözügedən qərara səbəb kimi terrorist hücumu təhlükəsi göstərilir.

Qeyd edək ki, Əl Qaidənin hücum edəcəyi xəbərindən dərhal sonra bir çox Qərb ölkəri Yəməndəki səfirliklərini bağlayıb. Vaşinqton rəhbərliyi isə Yəmənlə yanaşı, Orta Şərq və Afrikada yerləşən bir çox səfirlik və konsulluqlarının fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə