İraqın qanlı günləri davam edir

İraqın qanlı günləri davam edir

Bağdadın əl-Kəmailiyə qəsəbəsinə atılan bombanın partlaması əticəsində 1 nəfər ölüb, 8-i yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mosul şəhərinin Telafer qəsəbəsində baş verən partlayışda isə 3 nəfər həlak olub, 18 nəfər ağır xəsarət alıb. Partlayışları heç bir qruplaşma üzərinə götürməyib, eyni zamanda İraq rəsmiləri də məsələ ilə bağlı münasibət bildirməyiblər.

Bundan başqa, Mosulun Əl-Ərəbi qəsəbəsində naməlum şəxslər tərəfindən evlərə edilən hücum nəticəsində 3 nəfər ölüb, 32 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə