Misirin paytaxtı Qahirədə və bir neçə bölgədə "Misir inqilaba qarşı" şüarı ilə etiraz yürüşləri keçirilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, aksiyaçılar silahlı qüvvələr və hərbi kəşfiyyat idarəsinin birgə rəhbərliyinin yerləşdiyi binaya doğru istiqamətləniblər. Onlar prezident Məhəmməd Mursinin öz postuna qaytarılmasını tələb ediblər. Polislə baş verən qarşıdurmada 23 nəfər xəsarət alıb, təxribat törətmək istəyən 31 nəfər isə həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB