Əsəd qoşunlarının qəddarlığı son həddə çatıb

Əsəd qoşunlarının qəddarlığı son həddə çatıb

Bәşәr Әsәd rejiminә mәnsub hәrbçilәr tәrәfindәn ölkәnin müxtәlif şәhәrlәrindә hәyata keçirilәn әmәliyyatlarda 20 nәfәrdәn çox insan hәyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Әsәd qoşunları başda Dәməşq, Hәlәb vә Hums olmaqla bir çox şәhәrә havadan vә qurudan hücum tәşkil etmәkdә davam edirlәr. Dәməşq ilә Hәlәbdә qarşıdurmalar şiddәtlәnәrkәn, paytaxt şәhәrin Kalamun bölgәsindә yerlәşәn bir hәrbi sursat anbarına nәzarәt müxaliflәrin әlinә keçib.

Humsda da silah sәslәri kәsilmir. Ordu birlәşmәlәri, şәhәrin müxaliflәrin nәzarәtindә olan bölgәlәrini bombalayırlar.

Digәr tәrәfdәn Livanın sәrhәd mәntәqәsindә yerlәşәn Arsal qәsәbәsinә pәnah aparan bir qrup Suriyalı qaçqına, Әsәd qüvvәlәri tәrәfindәn avia zәrbә tәşkil edilib. Hücum әsnasında 9 nәfәr hәyatını itirib 9 nәfәr dә yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə