Türkmənistan prezidenti, Həsən Ruhaninin andiçmə mərasiminə qatılacaq
Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov, İranın yeni seçilən prezidenti Həsən Ruhaninin 4 avqustda reallaşacaq andiçmə mərasiminə qatılacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, türkmən lider mövzuyla əlaqədar Nazirlər Kabinetinin iclasında açıqlama verib. O, İran ilə bir çox sahədə əməkdaşlıq etdiklərini qeyd edib: "Strateji əhəmiyyətə malik olan enerji sektoru da İranla əməkdaşlıq etdiyimiz sahələr sırasındadır. Türkmənistan ilə İran arasında bir neçə təbii qaz boru xətti çəkilib. Sözügedən xətlər vasitəsilə türkmən qazı İrana daşınır".
Qeyd edək ki, andiçmə mərasiminə Türkmənistanla yanaşı, Ermənistan, Pakistan, Əfqanıstan, Tacikistan, Livan, Qazaxıstan, Qvineya Bisau və Togonun prezidentlərinin qatılacağı da gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB