ABŞ prezidenti Barak Obama, yenidən sülh müzakirələrinə başlamağı qəbul etdikləri üçün İsrailin baş naziri Binyamin Netanyahu və Fələstinin dövlət başçısı Mahmud Abbası telefonla təbrik edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onun hər iki liderlə ayrı-ayrılıqda telefon görüşməsi həyata keçirdiyi bildirilib. Ağ Evdən edilən açıqlamada qeyd edilib ki, Obama Fələstinin dövlət başçısına ədalətli sülhün bərqərar olması üçün yardım edəcək. Eyni ifadəni Netahyahuya da ünvanlayan ABŞ prezidenti, tərəflərin gələcəyinin rifahı üçün çox işlər görülməsinin zəruriliyini qeyd edib.
Qeyd edək ki, İsrail və Fələstin, ABŞ-ın cəhdləri nəticəsində ötən həftə sülh müzakirələrinə yenidən başlamağı qərarı alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB