ABŞ-ın BMT-dəki yeni nümayəndəsi

ABŞ-ın BMT-dəki yeni nümayəndəsi

ABŞ Senatı, Harvard Universitetinin məzunu və İnsan hüquqları müdafiəçisi Samantha Poweri Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi olaraq təsdiqləyib.SİA-nın xarici mətbuata istinadən veridyi xəbərə görə, sözügedən şəxsin namizədliyi prezident Barak Obama tərəfindən irəli sürülüb. Power, dünən Senatda keçirilən səsvermə nəticəsində 97 senatorun 87-sinin səsini qazanaraq, ABŞ-ın BMT-dəki nümayəndəsi olub. Təmsilçinin yenisi ilə əvəz olunmasını məmnuniyyətlə qarşılayan Obama, onun universal hüquqları və azadlıqları, eləcə də ABŞ-ın milli maraqlarını layiqli şəkildə qoruyacağına inandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə