Köşə yazısında ABŞ prezidenti Barak Obamanı təhqir edən jurnalist işdən qovuldu. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Tennessee əyalətinə bağlı Chattanooga şəhərində dərc edilən "Chattanooga Times Free Press" adlı qəzetin readaktoru Drew Johnson Obamanı təhqir edib: "İş planınızı alın, münasib yerinizə soxun, cənab prezident! Sizin siyasətiniz Chattanoogaya kifayət qədər zərər verdi". Məhz bu ifadəsini işlətdiyinə görə, işdən qovulduğunu Twitter səhifəsində paylaşan jurnalist qeyd edib ki, o, jurnalistika tarixində, bir qəzetin ən çox oxunan məqaləsini yazdığına görə ilk işdən qovulan jurnalistdir: "Həyatımı, azadlıq və sərbəstlik anlayışlarının müdafiəsinə həsr etmişəm. Sonuna qədər bu mübarizəyə davam edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB