ABŞ xarici işlər naziri Con Kerri, Pakistanın televiziya kanallarından birinə müsahibə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, çıxışı zamanı Misirdə ordunun demokratiyanı yenidən inşa etdiyini vurğulayıb.
Onun sözlərinə görə, indiyə qədər edilən müşahidələrdən aydın olur ki, ordu ölkəni idarə etmək üçün rəhbərliyə əl qoymayıb: "Orada mülki bir hökumətin olduğu açıq-aydın görünür".
Qeyd edək ki, Con Kerri 3 günlük rəsmi səfər çərçivəsində hazırda Pakistanın paytaxtı İslamabaddadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB