Rəcəb Tayyib Ərdoğan: "Seçki qutusu demokratiyanın namusudur"

Rəcəb Tayyib Ərdoğan: "Seçki qutusu demokratiyanın namusudur"

Baş nazir Rəcəb Tayyib Ərdoğan TOBB (Türkiyə Odalar və birjalar Birliyi)-un baş qərargahında çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş nazir çıxışı zamanı ölkədə onu sevməyənlərin olmasını normal qarşıladığını deyib: "Hər kəs bizi sevmək məcburiyyətində deyil. Səmimi söyləyirəm. Belə bir məcburiyyət yoxdur. Hamı partiyamızı, irəli sürdüyümüz siyasəti bəyənə bilməz. Biz 76 milyonun hamısının hökumətiyik. Seven, sevməyən fərq etməz. Biz bu millətə əfəndi olmaq üçün deyil, xidmətçi olmaq üçün gəldik. İstəyimiz odur ki, niyyət xeyir olduqdan sonra aqibət də xeyirli olsun".

Seçki qutusunun demokratiyanın namusu olduğunu xüsusi vurğulayan Ərdoğan nitqinə bu ifadələri də əlavə edib: "Seçki qutusu, qazananı təyin etməkdən daha çox, kimin itirdiyini müəyyən edən demokratik vasitədir".

Bütün xəbərlər Facebook səhifəmizdə