Zimbabvelidə bu gün prezident seçkiləri keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, seçkilərdə 33 ildir dövlət başçısı olan 89 yaşlı Robert Muqabe və 61 yaşlı Morgan Tsvangirai rəqabət aparır. Afrikanın ən yaşlı lideri və yeddinci dəfə prezidentliyə namizəd verən Muqabe seçkilərdən öncə etdiyi açıqlamada rəqibi Morgan Tsvangirainin "seçkiləri qazanacağı təqdirdə özünün və ordunun əldə olunmuş nəticələrə hörmət edəcəyini" deyib. Ölkədə 6 milyon 400 min nəfər insanın səs vermə hüququna malik olduğu bildirilir.
Qeyd edək ki, Robert Muqabe Afrika qitəsinin ən yaşlı prezidentidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB