Prezident Pakistanın yeni dövlət başcısını təbrik etdi

Prezident Pakistanın yeni dövlət başcısını təbrik etdi

Türkiyə prezidenti Abdullah Gül Pakistanda yeni seçilən prezident Memnun Hüseyni təbrik edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təbrikində o, dost və qardaş Pakistanın sabitlik və dincliyini Türkiyəninkindən ayırmadıqlarını vurğulayıb. Hüseynin liderliyi dövründə Pakistanın bütün sahələrdə sürətlə inkişaf edəcəyinə inandığını dilə gətirən Abdullah Gül: "Sizin demokratiyanı gücləndirmə addımlarınızı məmnuniyyətlə qarşılayır, Pakistanın inkişafı və rifahi üçün göstərdiyiniz səyləri səmimiyyətlə dəstəkləyirik", - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə