Nümayişcilər parlamentin önünü çimərliyə çevirdilər FOTOLAR

Nümayişcilər parlamentin önünü çimərliyə çevirdilər FOTOLAR

Bolqarıstanda hökumətə etiraz edən nümayişçilər, parlament qarşısınında çimərlik geyimi ilə uzanaraq günəşləniblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səhər yeməyini parlament qarşısında yeməyə adət edən nümayişçilər, bu dəfə fərqli bir addıma imza atıblar.

Beləki, onlar etiraz nümayişlərinin 48-ci günündə, millət vəkillərinin tətilə çıxmasına razı olmadıqlarını bildirmək üçün məclis önündəki əsas prospekti bağlayıblar. Yolu bağladıqdan sonra nümayişcilər dənizdə də vəkilləri rahat buraxmayacaqlarını bildirmək üçün ətrafda çimərlik ab-havası yaradıblar. Onlar əraziyə hava-şar hovuzları gətirərək onları dolduraraq içində çimiblər. Onlar günəş çətirlərinin və papaqlarının üstündə "istefa" şüarı yazmağı da unutmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə