Türkiyə XİN-i xəbəri təkzib etdi

Türkiyə XİN-i xəbəri təkzib etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Ankaranın Misirlə imzaladığı bir sıra sazişləri dondurmağı qərar almasına dair məlumatları təkzib edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə ilə Misir arasında imzalanan bütün sazişlər qüvvədə qalır.

Dünən Türkiyənin bir sıra kütləvi informasiya vasitələrində Türkiyənin Misirlə imzalanan bir sıra sazişləri dondurmağı qərara aldığı barədə məlumatlar dərc edilib. Məlumatlarda nəqliyyat, təhsil və səhiyyə sahəsində ikitərəfli sazişlərin dondurulduğu xəbər verilib. Bundan başqa, Ankara guya Türkiyədə istehsal olunan ANKA pilotsuz təyyarələrinin Misirə satışını dayandırıb.

Qeyd edək ki, Mursinin devrilməsindən sonra Türkiyə ilə Misir arasındakı münasibətlərdə bir qədər gərginlik müşahidə olunur. Belə ki, Ankara Misirdə baş verən hadisəni "hərbi çevriliş" adlandıraraq Misirdəki yeni rejimin legitim olmadığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə