BMT-nin baş katibi Ban Ki-mun və BMT Təhlükəsizlik Şurası Somalidə Türkiyə səfirliyinə edilən hücumu pisləyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ban Ki-mun hadisə zamanı həyatını itirən polisin yaxınlarına və Türkiyəyə başsağlığı verərək Türkiyə və Somali hökuməti ilə əməkdaşlıq çərçivəsində çətin vəziyyətdə olsa belə Somali xalqına, onların sülh, sabitlik və inkişaf yolundakı səylərinə dəstək verəcəyini bildirib.
Ban açıqlamasında Somaliyə dəstək olan ölkələrin bu dəstəyi davam etdirmələrinin vacibliyini, terrorçulara qarşı birlikdə mübarizə aparmağın önəmliliyini qeyd edib: "Terrorizmin hər bir növü sülh və təhlükəsizliyə qarşı ən ciddi təhdidlərdən biridir. Türkiyə səfirliyinə hücum edənlər də mühakimə olunmalı, barələrində lazımi tədbirlər görülməlidir".
Sonda baş katib diplomatik nümayəndələrin və qurumların toxunulmazlığının təmin edilməsi məsuliyyətinin ev sahibi olan ölkənin öhtəliyində olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB