"Apple" Çində işçilərin hüquqlarını pozmaqda təqsirli bilinir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çin hüquq müdafiəçiləri "Apple" şirkətinin ölkədəki tədarükçüsünün üç zavodunda işçilərin hüquqlarının pozulmasını bildiriblər.
Nyu-Yorkda yerləşən Çinin "China Labor Watch" qeyri-kommersiya təşkilatının bəyanatına əsasən, "Pegatron Group" şirkəti bir sıra beynəlxalq və dövlət qanun və standartlarını kobud şəkildə pozub. İşəgötürənlərə qarşı işə həddi-büluğa çatmayan şəxsləri cəlb etmək və qeyri-normal iş qrafiki ilə bağlı iradlar səsləndirilir.
"Apple" və "Pegaton" artıq bu məlumatın dərhal yoxlanılmasına başladıqlarını bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB