ABŞ hesab edir ki, Misir hərbçiləri Avropa Birliyinin diplomatiya başçısını Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin yanına buraxmalı və keçmiş dövlət başçısının azad olunması üzrə prosesə başlamalıdırlar. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə dövlət departamentinin nümayəndəsi Cen Psaki deyib.
"Biz hesab edirik ki, Ketrin Eşton Misirdə olduğu müddətdə Məhəmməd Mursi ilə görüşməlidir", - Psaki deyib. Eşton bazar ertəsi Qahirədə danışıqlar aparıb.
"Təhlükəsizlik və başqa məsələlər nəzərə alınaraq (Mursinin) azad olunma prosesi başlamalıdır", - deyə dövlət departamentinin nümayəndəsi əlavə edib.
Qeyd edək ki, Məhəmməd Mursi iyulun 3-də Misir hərbçiləri tərəfindən devrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB