Bu gün günorta saatlarında İraqda təşkil edilən hücumlarda 38 nəfər ölüb, 130 nəfər yaralanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt Bağdadın Kazimiyə bölgəsində eyni vaxtda 2 bomba partladılıb. Əs-Səmavidə isə bomba yüklü 2 avtomobil uzaqdan idarəetmə vasitəsilə partladılıb.
Bundan başqa Bağdadın bir neçə qəsəbəsinə təşkil edilən hücumlarda da 8 bomba yüklü nəqliyyat vasitəsi partladılıb. İlkin məlumatlara görə, hadisələrdə 38 nəfər ölüb, 130 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB