Avtobus aşıb: 37 nəfər ölüb

İtaliyada sərnişin avtobusu dağ keçidindəki döngəni dönərkən aşıb. SİA xəbər verir ki, təxminən 49 sərnişi daşıyan avtobus yoldakı maneələrlə toqquşduqdan sonra yoldan təxminən 30 metr aşağıya doğru yuvarlanıb. İlkin məlumata əsasən, qəza nəticəsində 37 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.

Dərhal bölgəyə xilasetmə qüvvələri cəlb edilib. Hazırda qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə