Suriyada daha 73 itki

Suriyada vətəndaş müharibəsinin ağır fəsadlarla nəticələnməsi davam edir. SİA-nın xəbərinə görə, Əsəd ordusunun ölkənin bir neçə şəhərində müxaliflərə qarşı ağır silahlardan açdığı atəş nəticəsində 73 nəfər ölüb. Bu barədə Suriya İnsan Haqqları Təşkilatı (SNHR) bəyanatla çıxış edib. Bəyanatda bildirilib ki, mövcud rejimin müxaliflərə qarşı təşkil etdiyi əməliyyatlarda Humusda 20, Şamda 15, Hələbdə 13, Dərada 10, İdlibdə 9, Həmada 4, Deyruz Zorda 2 nəfər həlak olub. Təşkilatın məlumatına əsasən, ölənlərin 14-ü uşaq, 52-si isə qadın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə