Gezi Parkına giriş bağlanıb

Türkiyə polisi iftar süfrələrilə əlaqədar olaraq, Gezi Parkına girişi bağlayıb. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, polis parkdakı insanlara müdaxilə etmir, lakin daxil olan qrupların qarşısını alır.

Məlumatda deyilir ki, polis barrikadalarını aşmaq istəyən 3 nəfəri gözaltına alıb.

Gezi Parkına girməyə cəhd göstərənlər isə polisə etiraz olaraq şüarlar səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə