İspaniyada qatar qəzası zamanı xəsarət almış və bir neçə gündür ki, ağır vəziyyətdə olan yaralı ölüb. SİA-nın verdiyi məlumata görə, bununla da qəza nəticəsində ölənlərin sayı 79-a çatıb.
Məlumatda deyilir ki, ölənin adı hələ açıqlanmayıb.
Qeyd edək ki, İspaniyada baş vermiş qatar qəzasında 178 nəfər yaralanmış, 70-dən artıq insan həlak olmuşdu. Yaralılardan 22-i ağır vəziyyətdədir.
Xatıqladaq ki, bu günlərdə qatarın sürücüsünə qarşı cinayət işi qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB