Ermənistan mətbuatı: Suriyadakı əhalinin vəziyyəti buradan qat-qat yaxşıdır

Ermənistan mətbuatı: Suriyadakı əhalinin vəziyyəti buradan qat-qat yaxşıdır

Suriyada davam edən vətəndaş müharibəsindən qaçaraq Ermənistana sığınan erməni əsilli ailə bu ölkənin də acınacaqlı şəraitdə olduğuna şahid olub.

Ermənistanın "news.am" saytı xəbər verir ki, bu barədə məlumatı ailəni ziyarət edən beynəlxalq humanitar təşkilatların nümayəndələri yayıblar.

Məlumata görə, Gümrü şəhərində məskunlaşmış Ovsepyan ailəsi bu ölkəyə sığınmaqlarından əməlli başlı peşman olublar. Evin xanımı Astxik Ovsepyan burada gördüyü vəziyyəti qızğın müharibə şəraitində olan Suriya ilə müqayisə edərək deyib ki, burada iş tapmaqda nəinki çətindir, ümumiyyətlə mümkün deyildir. Hətta qızğın müharibə şəraitində olan Suriyadakı əhalinin vəziyyəti buradan qat-qat yaxşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə