Bu dəfə hədəf polislər olub

İraqın Kərkük şəhərindən 70 kilometr uzaqlıqda yerləşən Tuzhurmatu rayonunda bomba yüklü avtomobilin partladılması nəticəsində 8 polis ölüb. SİA-nın xəbərinə görə, partlayış yerli vaxtla 05:30 radələrində rayonun sənaye zavodları yerləşən ərazisində baş verib. İlkin məlumata görə, hücumun təşkilində hədəf məhz polislər olub. Hadisə nəticəsində 8 polis ölüb, 4-ü yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə