Misirdə dünyanı dəhşətə gətirən QANLI GECƏ

Misirdə dünyanı dəhşətə gətirən QANLI GECƏ

Ötən gecə Misirdə Ədəviyyə meydanında Mursi tərəfdarları atəşə tutulub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında başlayan hücum səhər saatlarında da davam edib. Belə ki, Misirdə Baş qərargah rəisi Abdülfettah əl-Sisinin xalqı özünə dəstək üçün Təhrir Meydanına dəvət etməsinin ardınca şəhər qan gölünə çevrilib. Sisi tərəfdarları Təhrir Meydanına, Mursi tərəfdarları isə hərbi çevrilişə qarşı çıxmaq məqsədilə Ədəviyyə meydanına toplaşıblar.

Qarşıdurma zamanı təhlükəsizlik qüvvələrinin Ədəviyyə meydanında törətdiyi vəhşilik dünyanı dəhşətə gətirib. Meydanda toplaşan Mursi tərəfdarlarına binalardan snayperlərlə atəş açılıb. Dəhşətli gecədə 210 nəfər ölüb, minlərlə insan yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə