Krımda hərbi parad keçirilir

Bu gün Rusiyanın Hərbi Dəniz Qüvvələri Gününə və Ukrayna Donanması Gününə həsr olunmuş hərbi parad keçirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, paradı izləmək üçün Ukraynada rəsmi səfərdə olan Rusiyanın prezidenti Vladimir Putin ukraynalı həmkarı ilə birgə Krımın Sevastopol şəhərinə gəlib.

Həmçinin paradı izləmək üçün şəhərin mərkəzinə minlərlə adam toplaşıb. Rusiyanın Qara dəniz donanmasının vitse-admiralı Aleksandr Vitko və Ukrayna HDQ komandanı vitse-admiral Yuri İlyin bir katerdə gəmilərin parad düzülüşünü yoxlayaraq dənizçiləri salamlayıblar.

Qeyd edək ki, yaxın günlərdə Kırımda güclü yağış yağsa da hazırda hava mülayimləşib, gün çıxıb, dənizdə dalğa yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə