Avropada dəhşətli fırtına olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fransanın cənub-qərb hissələrindən Belçika sərhədinə qədər davam edən fırtına bölgədə həyatı iflic edib. Hadisə nəticəsində 2 nəfər ağır xəsarət alıb, minlərlə ev elektriksiz qalıb.
Şiddətli fırtınanın ən çox ziyan vurduğu Bordeaux şəhərindən yola düşən qatar ağacların relslərə aşması nəticəsində mənzil başına çata bilməyib. Bordeuax-Paris qatar səfərləri ləğv edildiyindən hər iki stansiyada minlərlə sərnişin fırtınanın sakitləşməsini gözləməli olub.
Qeyd edək ki, Fransada hidrometeoroloqlar fırtınanın bu gün də davam edəcəyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB