Məhəmməd Mursi ilk təşkilat rəsmisilə görüşüb

Məhəmməd Mursi ilk təşkilat rəsmisilə görüşüb

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Misirin ilk seçilmiş prezidenti Məhəmməd Mursi ilə görüşdüyünü açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Misirdə iyulun 3-də tərəfdarlarına orduya hücum etmək əmri verdiyinə görə, vəzifəsindəndən uzaqlaşdırılan və ordu tərəfindən nəzarətdə saxlanılan Məhəmməd Mursinin ilk dəfə ötən gün Ekmelettin İhsanoğlu ilə görüşdüyü məlum olub.

Görüşün detalları haqqında məlumat verməyən İhsanoğlu Misirdə baş verən hadisələrə təəssüfləndiyini, dinc əhaliyə qarşı edilən zorakılığı pislədiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə