Putinin Ukraynaya səfəri başlayıb

Putinin Ukraynaya səfəri başlayıb

Bu gündən etibarən Rusiyanın prezidenti Vladimir Putinin Ukraynaya səfəri başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Putin ukraynalı həmkarı Viktor Yanukoviçlə görüşəcək. Görüş çərçivəsində prezidentlər iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələri müzakirə edəcəklər.

Sabah isə prezidentlər birlikdə Krımda "Ukrayna Dəniz Qüvvələri Günü" münasibətilə təşkil olunacaq tədbirdə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə