“Müsəlman Qardaşları” çağırış etdi YARDIM EDİN

“Müsəlman Qardaşları” çağırış etdi YARDIM EDİN

"Müsəlman Qardaşları" təşkilatı Rabiatul Ədəviyyə Meydanında yerləşən səhra xəstəxanasındakı yüzlərlə ağır yaralı üçün kömək istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həkimlər xəstəxanaya gətirilən yaralıların ən azı 300-nün güllələndiyini və vəziyyətlərinin ağır olduğunu bildiriblər. Xəstəxananın bu qədər xəstəni müalicə etmək imkanının olmadığnı deyən səlahiyyətlilər yüzlərlə yaralının yenidən ayağa qalxması üçün hər kəsdən yardım gözlənildiyini vurğulayıblar.

"Müsəlman Qardaşları" təşkilatının sözçüsü Məhəmməd əl-Biltaci mediya vasitəsilə dünyaya yardım çağırışı edib: "Hər kəsdən və hər yerdən kömək gözləyirik. Beynəlxalq Qızıl Xaç Cəmiyyətindən və digər beynəlxalq səhiyyə təşkilatlarından yüzlərlə insanın müalicəsi üçün yardım istəyirik".

Səhra xəstəxanasının mətbuat spikeri Yusif Tal isə sübh namazından sonra 3 saat ərzində ölü sayının qorxunc bir şəkildə artdığını bildirib: "Hazırda 75 nəfər ölüb, ən az 100 nəfərin də vəziyyəti ağırdır. Yardım edilməsə, onları da itirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə