Tunis hava yolları bütün uçuşları ləğv etdi

Tunis hava yolları bütün uçuşları ləğv etdi

Tunis İşçi Birliyinin ölkə ərazisində ümumi tətil elan etməsindən sonra, Tunisair hava limanı bugünkü bütün baş tutacaq səfərlərini ləğv etdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 26 İyul 2013 tarixində Tunisdən və Tunisə ediləcək səfərlər təxirə salınıb. Hava Limanı tərəfindən edilən açıqlamada bu gün üçün qeydiyyatdan keçən müştərilərin sözügedən məsələ ilə bağlı ətraflı məlumat almaları üçün www.tunisair.com saytına daxil olmalarının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Tunis İşçi Birliyi müxalif siyasətçi Məhəmməd Əl-Berahiminin sui-qəsd nəticəsində öldürülməsinə etiraz olaraq tətil elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə