İraqda silsilə terror aktları törədilib

İraqda silsilə terror aktları törədilib

Dünən İraqın Bağdad, Bəkubə və Mosul şəhərlərində silsilə terror aktları törədilib. SİA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Bağdad şəhərində toy mərasiminə edilən silahlı hücumda 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bağdad yaxınlığındakı Mədain bölgəsində çayxanaya bomba atılması nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bəkubə şəhərinin Nufəl bölgəsində bomba yerləşdirilən avtomobil partladılıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralandığı qeyd edilib.

Bundan başqa, Mosulda 3 ayrı yerdə törədilən partlayışlar nəticəsində 2-i polis olmaqla 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə