Yəməndə neft kəməri partladılıb

Yəməndə neft kəməri partladılıb

Dünən Yəməndə neft kəmərinin partladılması nəticəsində ölkədən ixrac olunan neftin nəqli tamamilə dayandırılıb. Bu barədə SİA "İnterfaks" agentliyinə istinadən xəbər verir. Ölkənin təhlükəsizlik qüvvələrinin səlahiyyətli nümayəndəsi partlayışın yerli icmalar tərəfindən törədildiyini bildirib. Bu ilin iyunun 13-də ölkənin şərqində yerləşən Məğrib əyalətindən keçən və xam neftin Qırmızı dənizin Ras-İsa limanına nəqlini təmin edən kəmərdə də partlayış törədilib. Yerli terrorçu qüvvələr, eləcə də "Əl-Qaidə" terror təşkilatının Yəməndəki şəbəkəsinin silahlıları tərəfindən tez-tez törədilən bu cür diversiya aktları nəticəsində ölkə büdcəsinə hər il 10 milyonlarla maddi ziyan dəyir. Qeyd edək ki, Yəməndə gündəlik neft hasilatı 300 mln barel (təxminən 1,9 milyon ton) təşkil edir ki, onun da əksər hissəsi ixraca yönəldilir. Ölkə büdcəsinin təxminən 70 %-i karbohidrogen ehtiyatlarının ixracından əldə olunan vəsait hesabına formalaşır.

Neft Sənayesi Nazirliyi kəmərin zədələnmiş hissəsində təmir işlərinin aparıldığı və qısa müddətdə neftin ixracının bərpa olunacağı barədə məlumat yayıb.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə