Suriya müxalifətinin milli koalisiyasının rəhbəri Əhməd Əl-Cərbə Fransaya səfəri zamanı prezident Fransua Ollandla görüşüb. SİA-nın "Euronews" kanalına istinadən verdiyi məlumata görə, F. Olland Fransanın koalisiyanın yanında olduğunu, siyasi və humanitar sahədə onlarla əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini bildirib.
F. Olland Bəşər Əsəd hökumətinə qarşı hərbi təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu müxalifət koalisiyası və ordusunun işidir.
Azad Suriya ordusu ali hərbi şurasının rəhbəri Səlim İdris isə bildirib ki, qurum qərb dövlətlərinin üsyançılara hərbi yardım göstərəcəyinə ümidini itirib.
Xatırladaq ki, "Anadolu" xəbər agentliyinə açıqlamasında general deyib ki, artıq Qərbə bağladıqları ümidləri itiriblər: "Onların mövqeyini anlamırıq. Çünki əvvəlcə Suriyaya silah satışı qadağasının ləğvi ilə bağlı vədlər verirlər, indi isə vədlərindən geri çəkilirlər".
Qeyd edək ki, Əhməd Əl-Cərbə və Fransua Olland arasında keçirilən görüşdə tərəflərdən heç biri Suriya müxalifətinə silah yardımı ilə bağlı açıqlama verməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB