Qərbi Avropa ölkələrində havalar anomal dərəcədə isti keçir. Burada havanın temperaturu iqlim normasından xeyli yüksəkdir. Məsələn Fransada temperatur 37 dərəcəyə çatıb. Bu, iyul ayı üçün orta temperaturdan 10 dərəcə yüksəkdir.
Turistlər və bərabər yerli sakinlər də fontanlı hovuzlarda çimir və 2003-cü ilin dəhşətli yayını xatırlayırlar: o vaxt havaların hədsiz isti keçməsi səbəbindən təxminən 15 min nəfər dünyasını dəyişib.
Məmurlar Fransa müəssisələrinə iş cədvəlini dəyişməyi tövsiyə edib, insanlara isə tez-tez su içməyi, ağır fiziki işlərlə məşğul olmamağı məsləhət görüblər.
Londonda da havanın temperaturu rekord səviyyəyə çatıb. İyulun 22-də, Britaniya taxt-tacı vəliəhdinin doğum günündə burada temperatur 33,2 dərəcəyə çatıb. Ölkədə anomal hava şəraiti ilə əlaqədar xroniki xəstəliklərin kəşkinləşməsi 700-dən çox insanın ölümü ilə nəticələnib. Britaniyada bundan əvvəlki temperatur rekordu (32,4 dərəcə) 1989-cu ildə qeydə alınıb.
İsveçrədə havanın temperaturu 37 dərəcəyə çatıb. Sinoptiklər xəbərdarlıq ediblər ki, cümə günü Cenevrə və Sürixdə istilik 35 dərəcəyə çata bilər.
Qərbi Avropada bu anomal istilərə səbəb Afrikanın şimal-qərbindən şimal-şərq istiqamətində yayılmış güclü subtropik hava cərəyanıdır.
Qızmar hava Böyük Britaniya, Fransa, Almaniya, Yunanıstan və Qərbi Avropanın cənub əraziləri cənginə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB