Tunisdə səs-küylü qətl hadisəsi baş verib. Parlamentinin deputatı, bu ölkənin məşhur müxalifətçilərindən Məhəmməd Əl-Brahmi qətlə yetirilib. Əl-Ərəbiyə telekanalının verdiyi məlumata görə, o, öz evinin qarşısında güllələnib. Qatil Məhəmməd əl-Brahminin başına tapançadan 11 dəfə atəş açıb.
Solçu Əl-Brahmi ölümündə hakim müsəlman partiyasının üzvləri günahkar bilinir. Mərhum ölümündən əvvəl Tunis vətəndaşlarını "Misir ssenarisi" üzrə ölkədə demokratiyanı inkişaf etdirməyə, müsəlmanları hakimiyyətdən kənarlaşdırmağa səsləyib.
Əvvəllər Xalq Cəbhəsinə rəhbərlik edən Əl-Brahmi iyulun əvvəllərində öz partiyasını yaratmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB