İspaniyada ikinci ən böyük qatar qəzasının baş verdiyi Galisyada vilayət rəhbərliyi hadisə ilə bağlı 7 günlük matəm elan edib. SİA-nın xəbərinə görə, rəhbərlik ölənlərin yaxınlarına başsağlığı verib. Yüzlərlə vətəndaşın yaşadığı kədəri bölüşdüyünü bildirən vilayət hökuməti bölgədə 7 günlük rəsmi matəm elan edildiyini deyib.
Qeyd edək ki, gecə saatlarında İspaniyanın şimal-qərbində Santyaqo-de-Kapostela şəhərinin yaxınlığında sərnişin qatarı relsdən çıxıb. Son məlumatalara görə, hadisə nəticəsində 78 nəfər ölüb, 20-nin vəziyyəti ağır olmaqla, 130 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB