ABŞ xarici işlər naziri John Kerry “Selamun Aleyküm” deyib

ABŞ xarici işlər naziri John Kerry “Selamun Aleyküm” deyib

ABŞ-ın dövlət katibi John Kerry Ramazan ayı münasibətilə ABŞ Xarici İşlər Nazirliyində iftar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nazir çıxışını "Selamun Aleyküm" deyərək başlayıb.

ABŞ xarici işlər naziri John Kerrynin sözlərinə görə, fərqli inanc və birliklərə dair nifrət "sonradan öyrədilən və nəsildən nəsilə keçən bir şey"-dir. O, çıxışı zamanı qarşılıqlı anlayışı inkişaf etdirməklə yanaşı, onu gücləndirərək, "sülh, rifah, insanlar və planetin gələcəyi "mövzusunda əməkdaşlıq etməyin zəruriliyini də xüsusi qeyd edib. Ramazan ayının sülh düşüncələri ilə zəngin, mərhəmət və xeyir ayı olduğunu vurğulayan nazir nitqində "Ramazan-ı Kərim" ifadəsini də dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə