Pakistanın "Qeo-TV" telekanalının yaydığı xəbərdə Sukkur şəhərində Birləşmiş kəşfiyyat idarəsinin binasına təşkil olunmuş silahlı basqın zamanı 7 nəfərin öldüyü, 40 nəfərdən çox insanın isə yaralandığı bildirilir. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, motosikletlərdə bu əraziyə gələn terrorçular idarənin mühafizəçilərinə atəş açdıqdan sonra 4 ədəd əldəqayırma partlayıcı qurğunu işə salaraq hadisə yerindən uzaqlaşıblar.
Terror aktı nəticəsində bir neçə bina uçub. Dağıntılar altında xeyli insanın qaldığı ehtimal olunur. Yerli polis idarəsi hadisənin törədilməsində uzun illərdir hökumətin təhlükəsizlik qüvvələrinə qarşı terror hadisələrinin törədilməsi ilə məşğul olan "Təhrik-i-Taliban-Pakistan" qruplaşması üzvlərini günahlandırır.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB