Rusiyanın paytaxtı Moskva şəhəri əcnəbilər üçün ən bahalı şəhərlər sırasında ikinci yeri tutub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Mercer Human Resource" şirkəti illik araşdırma apararkən bu qənaətə gəlib. Bəlli olub ki, təxminən 20 milyon insanın yaşadığı Moskvada iki otaqlı əşyasız bir evin kirayə qiyməti təxminən 4 min 600 dollar, bir fincan qəhvənin qiyməti 8.29, əcnəbi qəzetin qiyməti isə 9.95 dollar məbləğindədir. Siyahıda ilk sıranı Angolanın paytaxtı Luanda fəth edib. Keçən ilin lideri olan Yaponiyanın paytaxtı Tokio isə iki pillə geriləyərək bu il üçüncü sıraya düşüb.
Qeyd edək ki, siyahıda digər yerlər Sinqapur, Honkong, Cenevrə, Sürix, Bern və Sidney şəhərlərinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB