Xakerlər dünya iqtisadiyyatına hər il 500 milyard dollar zərər vurur. Bu barədə SİA məlumat yayıb.
Xəbərdə deyilir ki, ABŞ iqtisadiyyatı kibernetik cinayətlərdən hər il 100 milyard dollar itirir. Bu, Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin və elektron şəbəkələrin müdafiəsi məsələləri ilə məşğul olan "McAfee" şirkətinin birgə təhlil nəticələridir.
Kibernetik cinayətlərin, o cümlədən sənaye sirlərinin oğurlanmasının iqtisadiyyata mənfi təsirinin nəticələrdən biri də işsizlikdir. Aparılmış hesablamalara görə, ABŞ bu səbəbdən hər il 508 min iş yeri itirir.
Qeyd edək ki, kibercinayətkarların əməlləri üzündən bütövlükdə dünya iqtisadiyyatı hər il 500 milyard dollara qədər itirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB