Misirdə "Legitimliyə Dəstək Milli Alyansı"nın çağırışına uyğun olaraq ölkənin müxtəlif bölgələrində devrilmiş prezident Məhəmməd Mursinin öz vəzifəsinə qaytarılması tələbi ilə etiraz nümayişləri keçirilib.
"Əl Cəzirə" kanalının məlumatına görə, paytaxt Qahirənin "Dirçəliş" meydanında keçirilən etirazlar zamanı aksiyaçılara qarşı odlu silah və qaz bombalarından istifadə olunmaqla hücum edilib. Nəticədə 5 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Həmçinin etirazçılara məxsus onlarla avtomobil yandırılıb.
Bundan əlavə, Rabia meydanına doğru keçirilən yürüş zamanı təhlükəsiz qüvvələri tərəfindən aksiyaçılara açılan atəş nəticəsində 1 nəfər ölüb, onlarla adam xəsarət alıb.
Hadisə Qahirə aeroportuna tərəf irəliləmək istəyən etirazçıların qarşısını alarkən baş verib. Toqquşmalar zamanı tərəflər bir-birilərinə "Molotov kokteyli" və daş adıblar. Etirazları dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Misir Silahlı Qüvvələrinə müraciət edərək, Məhəmməd Mursini azadlığa buraxmağa çağırıblar.
Onlar ordunu siyasətə müdaxilə etməməyə, konstitusional hakimiyyətə hörmət etməyə səsləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB