Səhiyyə Nazirliyi: "Yaralıların əksəriyyəti polisdir"

Səhiyyə Nazirliyi: "Yaralıların əksəriyyəti polisdir"

İraqın şimalında yerləşən Mosul şəhərində bomba yüklü nəqliyyat vasitəsinin partlaması nəticəsində ilkin məlumata görə, 10 nəfər polis ölüb, 20 nəfər yaralanıb. SİA-nın xəbərinə görə, hadisədən dərhal sonra yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralananların əksəriyyəti polis olub.

Qeyd edək ki, partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə