Çinin Qansu əyalətində 6,6 bal gücündə zəlzələ olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ nəticəsində ilkin məlumata görə, 19 nəfər ölüb, çox sayda insan yaralanıb. Yerli saatla 07:45 radələrində baş verən zəlzələ zamanı Lancou şəhərində isə təxminən 270 nəfərin yaralandığı bildirilib.
Ölkə saəlahiyyətliləri Minşien, Çangşien, Maçüen və Sızu şəhərlərində isə tez-tez torpaq sürüşmələrinin olması barədə məlumat verib. Məlumata əsasən fəlakət bölgəsinə axtarış-xilasetmə və tibbi yardım qrupları cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB