Misir Suriya müxalifətinə dəstək verir və xalqın tələblərini dəstəkləyir. Bunu Misirin xarici işlər naziri Nəbil Fəhmi deyib.
Məlumatda deyilir ki, Misirin paytaxtı Qahirədə Suriya müxalifətinin rəhbəri Əhməd Asi əl-Carbanı qəbul edən Fəhmi görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Misir Suriya müxalifətini və xalqın tələblərini dəstəkləyir.
"Qan tökülməsini qınayırıq. Suriya xalqının tələblərinə cavab verəcək demokratik hakimiyyətin qurulmasınadək bu mövqeyimizdə olacağıq" - deyə Fəhmi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB