Yaponiyada səhralaşma əleyhinə reagent hazırlanıb

Yaponiyada səhralaşma əleyhinə reagent hazırlanıb

Yaponiyanın Kioto Universiteti və "Panasonic" korporasiyasının əməkdaşları səhralaşmaya məruz qalan ərazilərdə bitki örtüyünün bərpa olunmasında uğurlu nəticələr verən yeni texnologiya hazırlayıblar. Bu barədə SİA İnterfaks agentliyinə istinadən xəbər verir.

Tədqiqat rəhbərinin açıqlamasına görə, səhralaşma prosesinin getdiyi ərazilərdəki torpaq qatının üzərinə rütubəti və nəmliyi uzun müddət saxlaya bilən xüsusi maddə - reagent səpilir. Reagentin köməyi sayəsində torpağa hopmuş suyun təxminən 70 faizə qədəri torpaqda qala bilir ki, bu da onun münbitləşməsinə və məhsuldarlığının artmasına şərait yaradır. Təklif olunan tədqiqat işi əvvəlkilərdən fərqli olaraq torpaqda havanın sirkulyasiyasına heç bir maneə yaratmır və bitki örtüyünün artmasına müsbət təsir göstərir. Bir ton reagentin istehsalına çəkiləcək xərclərin 100 ABŞ dollarına yaxın olacağı planlaşdırılır və məhsulun dünya bazarlarına çıxarılmasına 2016-cı ildən başlanması nəzərdə tutulub.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə