Dünən Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində yerli terrorçu qruplaşmalardan birinin komandirinə məxsus yaşayış evində güclü partlayış baş verib. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışa komandirin azyaşlı uşaqlarının evdə nəzarətsiz saxlanılan partlayıcı qurğu ilə oyuncaq kimi davranmasının səbəb olduğu bildirilir.
Partlayış nəticəsində 5-i uşaq olmaqla, 6 nəfər ölüb. Əyalət qubernatorluğunun nümayəndəsinin sözlərinə görə, həmin qurğular əvvəllər də qanunsuz olaraq bu evdə düzəldilib və terrorçu qrupların üzvləri tərəfindən hökumət qüvvələrinə qarşı istifadə olunub.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB