Kanadanın Ontario və Kvebek ştatlarında ötən gün axşam saatlarında baş verən tornado fırtınasında bir nəfər ölüb, iki nəfər yaralanıb. SİA-nın xəbərinə görə, Kvebek ştatının Boucherville şəhərində fırtına nəticəsində yola aşan ağac 21 yaşlı qadının ölümünə səbəb olub. Ştat polisi isə fəlakət əsnasında 6 yaşlı uşağın və 40 yaşlı qadının ağır xəsarət aldığını açıqlayıb.
Qeyd edək ki, ştatlarda baş verən fırtına on minlərlə evin enerjisiz qalmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB