Bolqarıstanda hökumət əleyhinə nümayişlər keçirilir

Bolqarıstanda hökumət əleyhinə nümayişlər keçirilir

Bolqarıstanın paytaxtı Sofiyada hökumət əleyhinə nümayişlər davam edir.

"Euronews" kanalının məlumatına görə bir qrup gənc parlamentin işini dayandırmağa cəhd edib.

Onlar deputatların parlamentə daxil olmalarına mane olublar. Bir neçə aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.

Aksiya iştirakçıları Sofiya universiteti və paytaxtın əsas magistral yoluna olan girişi bağlamağa cəhd göstəriblər.

Qeyd edək ki, Bolqarıstanda artıq bir aydan çoxdur ki hökumətin istefası tələbi ilə nümayişlər davam edir. Etirazçılar hökuməti korrupsiyada ittiham edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə