İspaniyada minlərlə adam korrupsiya əleyhinə nümayiş keçirib.
Madriddə hakim Xalq Partiyasının qərargahı qarşısında toplaşan etirazçılar müxtəlif şüarlar səsləndirərək baş nazir Mariano Raxoyun istefasını tələb ediblər.
Aksiya zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib.
Bir neçə nəfər həbs olunub.
Qeyd edək ki, hakim partiya ətrafındakı korrupsiya qalmaqalı baş naziri çətin vəziyyətə salıb. Belə ki, Xalq Partiyasının maliyyə şöbəsinin keçmiş rəhbəri Luis Barsenas məhkəmədə partiya rəsmiləri, o cümlədən Mariano Raxoya qeyri-qanuni şəkildə toplanmış vəsaitlərin paylandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB